Ryabkov və Əli Baqiri Tehranda görüşüblər
https://parstoday.ir/azeri/news/iran-i1518-ryabkov_və_Əli_baqiri_tehranda_görüşüblər
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran İslam Respublikasının xarici işlər nazirinin siyasi müavini Əli Baqiri ilə görüşüb.
(last modified 2023-08-09T04:34:18+00:00 )
Avq 08, 2023 09:40 Asia/Baku
  • Ryabkov və Əli Baqiri Tehranda görüşüblər

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran İslam Respublikasının xarici işlər nazirinin siyasi müavini Əli Baqiri ilə görüşüb.

 

İRNA-nın xarici siyasət üzrə məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi səhər saatlarında İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini Əli Baqiri ilə görüşüb və fikir mübadiləsi aparıb.

Dünən səhər saatlarında keçirilən mətbuat konfransında XİN-nin mətbuat katibi Rusiya xarici işlər nazirinin müavininin Tehrana səfəri ilə bağlı bildirib: “Xoşbəxtlikdən, İran və Rusiya arasında müxtəlif səviyyələrdə diplomatik mübadilələr mövcuddur və bu, iki ölkənin yüksək rütbəli rəsmilərinin iradəsinə əsaslanır.”

Kənani əlavə edib: “Bu gün, çərşənbə axşamı XİN-nin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində mühüm görüşün şahidi olacağıq.”

O qeyd edib ki, bu ilin iyun ayında ölkəmizin xarici işlər naziri Cənubi Afrika Respublikasının BRICS və BRICS Plus xarici işlər nazirlərinin görüşündə iştirak edib, ikitərəfli görüşlər keçirib. İranın BRİCS-ə üzvlüyü məsələsi müzakirə edilib, fikir mübadiləsi aparılıb. Elə həmin səfər zamanı cənab Əmir Abdullahiyan bəyan etdi ki, İranla BRICS arasında əməkdaşlıq məsələsini müzakirə etmək üçün Tehranda konfrans keçirəcəyik.

Onun sözlərinə görə, XİN-nin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində İran və BRİKS əməkdaşlığının perspektivləri başlığı altında görüş sabah baş tutacaq. Rusiya xarici işlər nazirinin müavini də həmin görüşdə iştirak etmək üçün Tehrandadır. Görüşdə müxtəlif panellərimiz olacaq.

Kənani vurğulayıb: “İki tərəf arasında yaxşı münasibətlərə diqqət etməklə, bu görüş Rusiya ilə danışmaq üçün yaxşı fürsətdir. İran JCPOA tərəflərinin məsuliyyətlə geri qayıtması üçün şərtləri hazırlamaq məqsədilə bütün diplomatik imkanlardan istifadə edəcək.”