ABŞ-ın İran- Pakistan qaz layihəsinə mane olması insan haqlarının pozulmasının nümunəsidir
https://parstoday.ir/azeri/news/iran-i1520-abŞ_ın_İran_pakistan_qaz_layihəsinə_mane_olması_insan_haqlarının_pozulmasının_nümunəsidir
 İranın İslamabaddakı səfiri Pakistanın insan haqları naziri ilə görüşündə qərb və ABŞ-ın iki ölkənin qaz kəmərinin irəliləyişinə mane olmasını insan haqlarının pozulmasının bariz nümunəsi adlandıraraq deyib: “Region ölkələrinin güclü əməkdaşlığı regiondankənar güclərin müdaxiləsini, xüsusən də Amerika təzyiqini dəf etmək üçün həll yoludur.”
(last modified 2023-08-09T04:34:19+00:00 )
Avq 08, 2023 09:43 Asia/Baku
  • ABŞ-ın İran- Pakistan qaz layihəsinə mane olması insan haqlarının pozulmasının nümunəsidir

 İranın İslamabaddakı səfiri Pakistanın insan haqları naziri ilə görüşündə qərb və ABŞ-ın iki ölkənin qaz kəmərinin irəliləyişinə mane olmasını insan haqlarının pozulmasının bariz nümunəsi adlandıraraq deyib: “Region ölkələrinin güclü əməkdaşlığı regiondankənar güclərin müdaxiləsini, xüsusən də Amerika təzyiqini dəf etmək üçün həll yoludur.”

 

İRNA müxbirinin bazar ertəsi verdiyi məlumata görə, İran İslam Respublikasının Pakistandakı səfiri Rza Əmiri Müqəddəm insan haqları naziri Riyaz Hüseyn Pirzadə ilə görüşündə iki ölkə arasındakı tarixi əlaqələri vurğulayaraq deyib: “İran və Pakistan xalqları arasında yaxşı münasibətlər qarşılıqlı sevgi və hörmətə bağlıdır və onlar əsrlər boyudur ki, heç bir ixtilaf olmadan sülh və əmin-amanlıq şəraitində yaşayırlar.”

ABŞ və onun qərb müttəfiqlərinin İran və Pakistan da daxil olmaqla, İslam ölkələri və regionun mühüm oyunçularının əməkdaşlığına mane olmasını tənqid edən səfir deyib ki, qərblilərin qaz kəmərinin irəliləməsi yolunda maneə yaratması insan haqlarının pozulmasının bariz nümunəsidir. Halbuki bu böyük enerji layihəsindən əsas faydalananlar məhrum insanlardır.

Səfir bildirib: “İran, Türkiyə, Pakistan və Ərəbistan bir çox sahələrdə əməkdaşlıq etsə, böyük bir gücə şahid ola bilərik. ABŞ və qərbin bu bölgənin enerjisinə ehtiyacı olduğuna görə, Amerikanın Pakistan, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrə embarqo qoyması əvəzinə, region ölkələri Amerikaya sanksiya tətbiq edə bilər.”

Əmiri Müqədam İran və Pakistanın BMT-də qarşılıqlı davamlı dəstəyinə, xüsusilə Beynəlxalq Valyuta Fondunda Tehranın İslamabada verdiyi dəstəyə toxunaraq deyib ki, İran düzgün xarici siyasət apardığına görə ABŞ-ın sanksiyaları və təzyiqləri ilə üzləşib. İndi bu təzyiq İran və Pakistan arasında ikitərəfli münasibətlərin inkişafı faktoruna çevrilib.

İran-Pakistan qaz kəmərində böyük potensialın olduğunu diqqətə çatdıran səfir deyib: “İran enerji yoxsulluğunda olan qonşusuna kömək edə bilər, lakin beynəlxalq güclər Pakistan xalqı üçün enerji nemətinə mane olur.”

Əmiri Müqədam həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün bu təşkilatın daha effektiv dirçəldilməsini vurğulayıb.