Britaniya nəşri İranın regionlar arasında körpü roluna malik olmasından bəhs edib
Qazaxıstan bu imkandan vaz keçməyəcək
Britaniya nəşri İranın Qazaxıstanı Yaxın Şərq və Afrikaya qovuşduran ölkə rolunu oynayacağını bildirib.
Qazaxıstan hökuməti elan edib ki, bu Mərkəzi Asiya ölkəsi ilə BƏƏ-nin paytaxtı Əbu-Dəbi arasında Qazaxıstanın kənd təsərrüfatı məhsullarının daşınmasını asanlaşdıracaq müştərək müəssisə yaratmaq üçün danışıqlar aparılır. Bu kənd təsərrüfatı məhsulları İranın Xəzər dənizi limanları və Fars körfəzi limanları vasitəsilə Asiya və Afrikaya çata biləcək.
Daily Mail-in xəbərinə görə, Qazaxıstan taxıl və yağlı bitkilər kimi kənd təsərrüfatı məhsullarının əsas ixracatçısıdır. Qazaxıstan ixrac məhsullarını Xəzər dənizi vasitəsilə İrana göndərəcək və Bəndər Abbas kimi İran limanları vasitəsilə Fars körfəzinə, Asiya və Afrikanın digər nöqtələrinə çatdıra biləcək.
Daily Mail yazır ki, Qazaxıstan dənizə çıxışı olmayan ölkədir və ənənəvi olaraq taxıl və yağlı bitkiləri əsasən Mərkəzi Asiyadakı qonşu ölkələrə və Çinə ixrac edir. Onun bir hissəsini də Rusiya vasitəsilə Qara dəniz limanlarına göndərir.