Gündəlik neft hasilatı 3,2 milyon barrelə çatıb
https://parstoday.ir/azeri/news/iran-i1616-gündəlik_neft_hasilatı_3_2_milyon_barrelə_çatıb
İranın xam neft hasilatı avqustun sonuna kimi 3 milyon 300 min barrelə çatacaq.
(last modified 2023-08-27T04:52:15+00:00 )
Avq 14, 2023 08:24 Asia/Baku
  • Gündəlik neft hasilatı 3,2 milyon barrelə çatıb

İranın xam neft hasilatı avqustun sonuna kimi 3 milyon 300 min barrelə çatacaq.

 

Bu barədə bazar günü İranın neft naziri Cavad Ouci bildirib.

Neft Nazirliyinin neft və qaz layihələrinə investisiya yatırmaq planlarına işarə edən nazir qeyd edib ki, tamamlanmamış 15 milyard dollarlıq layihə cari 1402-ci ildə istifadəyə veriləcək.

Ouci deyib ki, İranda hasil edilən bir milyard kubmetr qazın 700 milyonu Fars körfəzindəki "Cənubi Pars" qaz yatağından gəlir.

Nazir əlavə edib ki, İran benzininin təxminən 50%-i sözü gedən qaz-kondensat yatağında istehsal olunur.

Bundan əvvəl neft nazirinin müavini Möhsün Xocəstemehr bildirmişdi ki, sentyabrın sonunadək Qərbin ölkəyə qarşı sərt sanksiyalarına baxmayaraq, İranın sutkada 3,5 milyon barrelə qədər neft hasil edəcəyi gözlənilir.