Günahsiz zəvvarlara hücum, cinayətkar hərəkətdir
https://parstoday.ir/azeri/news/iran-i1628-günahsiz_zəvvarlara_hücum_cinayətkar_hərəkətdir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, paklıq Əhli-Beyti(ə) hərəmi ərazisində günahsız zəvvarlara hücum, cinayətkar hərəkətdir.
(last modified 2023-08-15T07:11:29+00:00 )
Avq 14, 2023 16:10 Asia/Baku
  • Günahsiz zəvvarlara hücum, cinayətkar hərəkətdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, paklıq Əhli-Beyti(ə) hərəmi ərazisində günahsız zəvvarlara hücum, cinayətkar hərəkətdir.

 

Bir təkfirçi amil dünən axşam odlu silahla Həzrət Əhməd ibn Musa(ə)-ın Şiraz şəhərində yerləşən pak hərəminə daxil olub və giriş qapısından zəvvarlar və xüddamları atəşə tutub.

Bu terror hücumunda indiyədək bir nəfər şəhid olub, səkkiz nəfər isə yaralanıbdır. Terror aktının amili təhlükəsizlik və polis qüvvələrinin vaxtlı müdaxiləsi ilə həbs olunub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu terror hücumunu pisləyib. Deyib ki: Bəzi qüdrətlər regionda iştirak məqsədilə İŞİD də daxil olmaqla terrorçu və təkfirçi qruplardan istifadə edib və nəhs qrupları regionun canına salıblar.

O, əlavə edib: Cinayətkar terrorçular İran İslam Respublikasının və İranın fədakar qüvvələrinin ötən illər ərzində terrorizmin xəbis və alçaq vücuduna vurduqları ağır zərbələrin intiqamını İslami İranın vətəndaşlarından almaq niyyətindədirlər.