İran və Rusiya ticarət mübadilələrinin gücləndirilməsinə təkid ediblər
(last modified Wed, 24 May 2023 09:45:59 GMT )
May 24, 2023 13:45 Asia/Baku
  • İran və Rusiya ticarət mübadilələrinin gücləndirilməsinə təkid ediblər

İran İslam Respublikası və Rusiya Federasiyasının mərkəzi banklarının sədrləri ikitərəfli ticarətdə iki ölkənin milli valyutalarının işlədilməsi, həmçinin ticarət mübadilələrinin gücləndirilməsinə təkid ediblər.

İran İslam Respublikası Mərkəzi Bankının sədri Məhəmmədrza Fərzin/ Rusiya Federasiyasının Mərkəzi Bankının sədri Elvira Nabiullina və onu müşayiət edən nümayəndə heyətilə görüşdə/ iki ölkənin bank və pul mübadilələrinin artırılması vacibliyinə təkidlə deyibdir ki: İran və Rusiya ticarət bankları arasında kargüzarlıq əlaqələrinin genişləndirilməsinin sürətləndirilməsi və bu əlaqələrin gücləndirilməsi iş gündəmində durur.

Rusiya Federasiyasının Mərkəzi Bankının sədri Elvira Nabiullina da bu görüşdə iqtisadi və ticari əməkdaşlıqların genişləndirilməsi istiqamətində iki ölkənin bank infrastrukturlarından ən yaxşı şəkildə istifadə edilməsi, həmçinin pul və bank mübadilələrinin gücləndirilməsinə təkid edib və bildirib: Pul və bank əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə iki ölkənin mərkəzi banklarının texniki-ixtisas heyətlərinin mübadiləsi bu istiqamətdə mühüm hesab olunur ki, bu da həyata keçirilibdir.