Xürrəmşəhrin fəthi kimi əzəmətli qəhrəmanlıq böyük və nadir bir hərəkət idi
https://parstoday.ir/azeri/news/iran-i168-xürrəmşəhrin_fəthi_kimi_əzəmətli_qəhrəmanlıq_böyük_və_nadir_bir_hərəkət_idi
İslam İnqilabının Böyük Rəhbəri buyurublar ki, Xürrəmşəhrin fəthi kimi əzəmətli qəhrəmanlıq doğrudan da böyük və nadir bir hərəkət idi.
(last modified 2023-05-27T06:25:50+00:00 )
May 24, 2023 10:17 Asia/Baku
  • Xürrəmşəhrin fəthi kimi əzəmətli qəhrəmanlıq böyük və nadir bir hərəkət idi

İslam İnqilabının Böyük Rəhbəri buyurublar ki, Xürrəmşəhrin fəthi kimi əzəmətli qəhrəmanlıq doğrudan da böyük və nadir bir hərəkət idi.

Həzrət Ayətullahuluzma Xamenei bu gün Xürrəmşəhrin azad edilməsinin ildönümü günü ilə bir zamanda İran İslam Şurası Məclisinin on birinci çağırışının nümayəndələri ilə görüşdə qeyd ediblər ki, Xürrəmşəhrin fəthi möcüzəvi bir hadisə idi.

Diqqətləri özünə çəkən/ Xürrəmşəhrin fəthinin əzəmətini xatırladan İnqilab Rəhbəri vurğulayıblar: Xürrəmşəhrin fəthi ilə nəticələnən Beytülmüqəddəs əməliyyatı hərbi akademiyalarda tədris edilməli olan fədakarlıq və təşəbbüslər əməliyyatı idi.

O həzrət əlavə ediblər: Əgər məclis üzvləri öz şəhərlərində seçki təbliatları aparmaq və arxayınlıqla xalq arasında söhbət etmək fürsəti əldə edirlərsə, bunlar, səkkiz il müqəddəs müdafiə dövründə sözün əsl mənasında fədakarlıqlar, təşəbbüslər, şəhadətlər və candankeçmələrə görədir.