BMT rəsmisi Şiraz terror hücumlarını pisləyib
BMT-nin insan hüquqları üzrə baş komissarı deyib ki: Şiraz şəhərində yerləşən müqəddəs Şahçıraq(ə) hərəminə qarşı terror hücumlarını mümkün olan ən kəskin tərzdə pisləyirik.
Volker Türk İran İslam Respublikasının/ insan hüquqları qərargahının katibi və məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini Kazım Qəribabadinin Şiraz şəhərində yerləşən müqəddəs Şahçıraq(ə) hərəminə qarşı terror hücumlarına dair məktubuna cavabda İran insan hüquqları qərargahı katibinin məktub göndərməsinə görə təşəkkür edib və belə yazıb: Şiraz şəhərində yerləşən müqəddəs Şahçıraq(ə) hərəminə qarşı son terror hücumunu mümkün olan ən kəskin tərzdə pisləyirəm. Ötən bir ildən az bir müddətdə bu pak hərəmə ikinci terror hücumunun edilməsi, olduqca nigaranedicidir.
BMT-nin insan hüquqları üzrə baş komissarı sözügedən məktubun davamında vurğulayır ki: Mülkiləri və dini məkanları hədəfləyən bu kimi hərəkətlər insanlığa sığmayan çox alçaq hərəkətlər olub, heç bir şəraitdə əsaslandırıla bilinməzlər. Bu kimi qəddarcasına hərəkətlərdə məqsəd, insanlar arasında qorxu hissi yaratmaqdır.
Türk öz məktubunun digər bir hissəsində belə qeyd edir: Baş komissarlıq ofisi inanır ki, terrorizm/ insan hüquqları və bəşəriyyətin ən əsas prinsiplərinə təcavüzdür. Dünya ictimaiyyəti/ terrorçuların məhv etmək istədikləri dəyərlər kimi/ insan hüquqlarının əsas standartları və qanun hakimiyyətini himayə etməklə/ bu hərəkətlərə cavab verməlidir.
BMT-nin insan hüquqları üzrə baş komissarı sonda yazıb: Əminəm ki, İran İslam Respublikası rəsmiləri belə cinayətləri törədinləri beynəlxalq qaydalara uyğun olaraq, ədalətin mühakiməsinə cəkəcəklər. Bu alçaq hərəkətlərin qurbanlarının ailələrinə səmimi qəlbdən başsağlığı verir və bədən xəsarəti alanlara tezliklə sağalmalarını arzu edirəm.