Elm istehsalı sahəsində İran dünyada on beşincidir
İran səhiyyə nazirinin araşdırma və texnologiya məsələləri üzrə müavini bildirib ki, ötən on ildə İran/ elm istehsalı sahəsində 26-cı yerdən on beşinci yerə yüksəlib. O, qeyd edib ki, texnoloji tədqiqatlarda da İran dünya üzrə 120-ci yerdən 53-cü yerə yüksəlib.
Ölkədə elmi mərkəzin ikinci göstəricisinin, yəni elmi şərhin inkişaf etməsi üçün ixtiralar və ya ideyalar bir məhsul və ya bir xidmət, yaxud da bir rəftar dəyişikliyi ilə nəticələnməlidir- deyə, doktor Yunis Pənahi vurğulayıb. O, əlavə edib: Texnologiya istehsalı göstəricisində 2020-ci ildə İran dünya səviyyəsində 67-ci idi. Bu göstərici 2021-ci ildə altmışa yüksəldi və hazırda İran 53-cü yerdədir.
O, texnoloji inkişaf və tətbiqi araşdırmalar yolu ilə sağlamlıq sektorunun ehtiyaclarını təmin etmək və dünyada daha yaxşı yerə çatmaq üzrə proqramlaşdırmanın aparıldığını bildirib.
Səkkiz yüz/ “universitet araşdırma və texnologiya mərkəzi”ndə bu sektorun ehtiyaclarını cavablandırmaq və cəmiyyətin sağlamlıq durumunu yaxşılaşdırmaq üçün elm və texnologiya araşdırmaları və istehsalı ardıncayıq- deyə, doktor Pənahi vurğulayıb.
İran səhiyyə nazirinin araşdırma və texnologiya üzrə müavini sonra belə söyəyib: İctimai ziyanlar, intihar və narkomaniya problemlərinin azalması, cəmiyyətin gəncləşdirilməsi, dərman idxalına ehtiyacın azaldılması və bitki dərmanları istehsalı, həmçinin xərcəng xəstəliyinin müalicəsi və bu xəstəliyin azaldılması, kök hüceyrələr, eləcə də texnoloji araşdırmalar,/ elmi-tədqiqat layihələrinin ön planında dururlar.