Raisi:BRICS birtərəfliliyə qarşı yeni yaranan gücdür
https://parstoday.ir/azeri/news/iran-i1752-raisi_brics_birtərəfliliyə_qarşı_yeni_yaranan_gücdür
İran İslam Respublikası prezidenti deyib: BRICS qrupu iqtisadi əməkdaşlıq və təktərəfliliklə mübarizə məqsədi ilə müstəqil ölkələri bir araya gətirməyə nail olub.
(last modified 2023-08-26T07:15:44+00:00 )
Avq 24, 2023 05:20 Asia/Baku
  • Raisi:BRICS birtərəfliliyə qarşı yeni yaranan gücdür

İran İslam Respublikası prezidenti deyib: BRICS qrupu iqtisadi əməkdaşlıq və təktərəfliliklə mübarizə məqsədi ilə müstəqil ölkələri bir araya gətirməyə nail olub.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi BRİKS sammitində iştirak etmək üçün Cənubi Afrikaya yola düşməzdən əvvəl, İran İslam Respublikasının dünya müstəqil ölkələri ilə əlaqələrini öz xarici siyasət gündəminə daxil etdiyinə işarə edərək bildirib : BRICS iqtisadi əməkdaşlıq və birtərəfliliyə qarşı çıxmaq məqsədi ilə müstəqil ölkələri bir araya gətirib və bizim məqsədimiz bu qrupla əməkdaşlıq etməkdir.

BRICS-in dünya əhalisinin 40%-ni təşkil etdiyinə işarə edən Raisi deyib:

BRICS sammitində iştirak etməkdə məqsəd İslam Respublikasının mövqelərini açıqlalayaraq İran və digər ölkələr arasında münasibətləri inkişaf etdirmək üçün BRICS-ə üzv liderlərlə görüşməkdir.

İran İslam Respublikası prezidenti BRICS sammitində iştirak etmək üçün ilk rəsmi səfərində siyasi heyətin başında Cənubi Afrikanın paytaxtı Yohannesburqa gedib.

səfər zamanı Raisi 70 ölkə liderinin dəvət olunduğu 15-ci BRICS Plus iclasında iştirak və çıxış etməklə yanaşı, bu sammitdə iştirak edən bir sıra ölkələrin liderləri ilə də görüşüb söhbət edəcək.