İranın Ermənistandakı səfiri açıqlama verdi:
“Biz Ermənistanın ərazi bütövlüyünü dətəkləyirik”
Avq 26, 2023 11:06 Asia/Baku
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani İrəvanda keçirilən iqtisadi sərgi zamanı bildirib ki, onun ölkəsi Ermənistanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir.
İranlı diplomat bu barədə deyib: “İran Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün prinsipial siyasət aparır. “Bizim siyasətimizin ən mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə əlaqələrin inkişafıdır. İran və Ermənistanın heç bir səviyyədə və heç bir sahədə problemi yoxdur”.
İqtisadiyyata gəlincə Mehdi Sübhani qeyd edib ki, İranın Ermənistanla illik ticarət dövriyyəsi 700 milyon dollardır, lakin iki ölkə bunu 3 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyub.
Teqlər