Əmir-Abdollahian: İran və Cənubi Koreya Asiya qitəsində iki mühüm oyunçudur
https://parstoday.ir/azeri/news/iran-i1958-Əmir_abdollahian_İran_və_cənubi_koreya_asiya_qitəsində_iki_mühüm_oyunçudur
İranın xarici işlər naziri İran İslam Respublikası və Cənubi Koreyanı Asiya qitəsinin iki mühüm oyunçu siyahısına salıb və iki ölkə arasındakı əlaqələri vacib qiymətləndirib.
(last modified 2023-09-05T07:11:32+00:00 )
Sen 05, 2023 05:17 Asia/Baku
  •  Əmir-Abdollahian: İran və Cənubi Koreya Asiya qitəsində iki mühüm oyunçudur

İranın xarici işlər naziri İran İslam Respublikası və Cənubi Koreyanı Asiya qitəsinin iki mühüm oyunçu siyahısına salıb və iki ölkə arasındakı əlaqələri vacib qiymətləndirib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Cənubi Koreyanın xarici işlər naziri Park Jin ilə telefon danışığında Asiya qitəsini İranın 13-cü hökumətinin xarici siyasət prioritetləri adlandıraraq, cari əsrin Asiya qitəsinə aid olduğunu hmçinin İran aktivlərinin Cənubi Koreya banklarından köçürülməsinin həlli yolunu vurğulayaraq deyib:İran İslam Respublikası iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasına kömək edən hər hansı təşəbbüsü alqışlayır.

İranın xarici işlər naziri həmçinin bəzi beynəlxalq məsələlərdə Cənubi Koreyanın mövqelərinə işarə edərək, iki ölkə arasında regionda və beynəlxalq forumlarda əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Cənubi Koreyanın xarici işlər naziri Park Jin  telefon danışığı zamanı İran xalqına məxsus maliyyə resurslarının Cənubi Koreyadan köçürülməsi ilə bağlı əldə olunan razılaşmadan məmnunluğunu ifadə edərək, bunu Cənubi Koreya hökumətinin İran hökuməti və xalqı qarşısında əməli öhdəliyinin əlaməti adlandırıb.

Park Jin iki ölkə arasında münasibətlərdə baş verən son hadisələri müsbət və mənalı adlandırıb və Cənubi Koreyanın İran İslam Respublikası ilə ikitərəfli əlaqələri gücləndirməyə hazır olduğunu bildirərək,Qərbi Asiyada sülh və sabitliyi möhkəmləndirmək istiqamətində İran İslam Respublikası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Bu telefon danışığında tərəflər ekoloji problemləri və riskləri araşdıraraq, BMT ilə əməkdaşlıq çərçivəsində Tehranda keçirilməsi planlaşdırılan tozla mübarizə üzrə beynəlxalq sammitdə səmərəli iştirakla bağlı fikir mübadiləsi aparıblar.

İran və Cənubi Koreyanın xarici işlər nazirləri İran və Cənubi Koreya arasında 6 onillikdən artıq diplomatik əlaqələrin tarixinə toxunaraq, ortaq diplomatik əlaqələrin yeddinci onilliyinə daxil olmasını iki ölkə arasında əlaqələrin inkişafında mühüm və dəyərli dəstək kimi qiymətləndirərək, onun qorunub saxlanmasının  zəruriliyi vurğulayıblar.