İran komandası Ümumdünya Kompüter Olimpiadasında parladı
https://parstoday.ir/azeri/news/iran-i1974-İran_komandası_Ümumdünya_kompüter_olimpiadasında_parladı
İranın kompüter olimpiadasında milli komandası dünyanın 91 ölkəsi arasında 7-ci yeri qazanıb.
(last modified 2023-09-18T06:06:41+00:00 )
Sen 05, 2023 10:02 Asia/Baku
  • İran komandası Ümumdünya Kompüter Olimpiadasında parladı

İranın kompüter olimpiadasında milli komandası dünyanın 91 ölkəsi arasında 7-ci yeri qazanıb.

  İranın kompüter olimpiadası üzrə milli komandası 35-ci Ümumdünya Kompüter Olimpiadasında bir qızıl və üç gümüş medalla dünyanın 91 ölkəsi arasında 7-ci yeri tutub.

4 nəfərdən ibarət bu komandada Parsa Pordeli Bəhrouz qızıl, Fatemeh Tamheri, Soheyl Mohammadxani və Amir-hüseyn Vəhidi Təbar gümüş medal qazanıblar.

Builki olimpiada avqustun 29-dan sentyabrın 3-dək Macarıstanda keçirilib.

Ötən il İranın Kompüter Olimpiadası komandası 2 qızıl və 1 gümüş medalla dünya üzrə 9-cu yeri qazanmışdı.