Astara sərhədindən Azərbaycan Respublikası ilə dəmir yol vasitəsi ilə mal mübadiləsinin artırılması
https://parstoday.ir/azeri/news/iran-i220-astara_sərhədindən_azərbaycan_respublikası_ilə_dəmir_yol_vasitəsi_ilə_mal_mübadiləsinin_artırılması
İranın Şimal Dəmir Yolunun 2-ci şirkətinin baş direktoru son 2 ayda (mart və aprel 2023-cü il) Astara sərhəd terminalı vasitəsilə Azərbaycan Respublikası ilə dəmir yolu ilə yük mübadiləsinin 81% artdığını bildirib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
May 28, 2023 11:26 Asia/Baku
  • Astara sərhədindən Azərbaycan Respublikası ilə dəmir yol vasitəsi ilə mal mübadiləsinin artırılması

İranın Şimal Dəmir Yolunun 2-ci şirkətinin baş direktoru son 2 ayda (mart və aprel 2023-cü il) Astara sərhəd terminalı vasitəsilə Azərbaycan Respublikası ilə dəmir yolu ilə yük mübadiləsinin 81% artdığını bildirib.

Şimal Dəmiryolunun baş direktoru Qulamhüseyn Vələdi bu gün İRNA-ya müsahibəsində deyib: Astara dəmir yolu terminalında son iki ayda Azərbaycan Respublikası ilə 120 min 125 ton mal mübadiləsi aparılıb ki, bu da ötən ilin oxşar dövrü ilə müqayisədə  81% artım göstərir.

Vələdi son iki ayda Astaranın sərhəd terminalından Azərbaycan Respublikasına və Orta Asiya ölkələrinə dəmir yolu ilə ixrac edilən malların həcmini 41 min 412 ton olduğunu bəyan edərək əlavə edib: Bu, ötən ilin eyni dövrü ilə müqayisədə   təxminən Dörd faiz artım deməkdir.