İran sərhədi yaxınlığında separatçıların tərkisilahı prosesindən yeni detallar
İraqda bir hərbi məsul şəxs İrana yaxın sərhədlərdə terror qruplaşmaları düşərgələrinin boşaldılması və separatçıların silahsızlaşdırılmaları prosesinin davam etməsindən xəbər verib.
On doqquz sentyabr, bu razılaşmanın icrası üçün İranın İraqa verdiyi son möhlətdir.
İran sərhədi yaxınlığında terror qruplaşmalarının qərargahlarının yığışdırılması Tehranla Bağdad arasında imzalanmış təhlükəsizlik razılaşması çərçivəsində həyata keçir. Bu razılaşma 2023-cü il martın on doqquzunda İranın Alİ Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Şəmxani ilə İraq baş nazirinin milli təhlükəsizlik müşaviri tərəfindən Bağdadda imzlanıb və bu razılaşmada təyin edilmiş möhlət. sentyabrın on doqquzudur.
Əl-Ərəbi Əl-Cədid adlı informasiya vebsaytının yazdığına görə, Bağdad sentyabrın on altısında/ öz ərazisi daxilindəki separatçı və terrorçu qruplaşmalar barədə Tehranla olan təhlükəsizlik razılaşmasının yekun icrasına başlayıb.