İran Qarabağda münaqişəyə son qoymaq üçün sazişin imzalanmasını alqışlayıb
İran İslam Respublikası Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında bu regionda münaqişələrə son qoymasına dair razılaşmanı alqışlayır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü "Nasir Kənani" bildirib “İran Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında Qarabağda münaqişələrə son qoymasına sazişin imzalanmasını alqışlayır və gözləyir ki, tərəflər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələlərin həlli üçün dialoq və sülh mexanizmlərinə diqqət yetirəcəklər”.
Müharibənin dağıntı və nifrətin yayılması ilə yanaşı, regionun sabitliyini və təhlükəsizliyini təhdid etdiyini vurğulayan Kənani Bakı ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında dialoqu alqışlayaraq deyib: Regionda münaqişələrin davam etməsi üçün heç bir səbəb yoxdur və ümid edirik ki, bundan sonra yeni müharibənin şahidi olmayacağıq”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib. “İran region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməyə çağırır və hesab edir ki, Qarabağ xalqının hüquq və təhlükəsizliyi bu çərçivədə təmin edilməlidir. Tehran həmçinin regionda daimi və sabit sülh prosesinə töhfə verməyə hazırdır .
Kənani əlavə edib: Üçüncü tərəflərin regional məsələlərə müdaxiləsi yalnız problemlərin mürəkkəbləşməsinə səbəb olur və əldə olunan razılaşmaları təhlükə altına alır.