Əmir-Abdollahian Cənubi Qafqazda siyasi dialoqla sülhün bərqərar olmasını vurğulayıb
https://parstoday.ir/azeri/news/iran-i2316-Əmir_abdollahian_cənubi_qafqazda_siyasi_dialoqla_sülhün_bərqərar_olmasını_vurğulayıb
İranın xarici işlər naziri deyib: Cənubi Qafqazda siyasi dialoq yolu ilə tam sülhün bərqərar olması mümkündür.
(last modified 2023-09-26T06:14:49+00:00 )
Sen 25, 2023 08:46 Asia/Baku
  • Əmir-Abdollahian Cənubi Qafqazda siyasi dialoqla sülhün bərqərar olmasını vurğulayıb

İranın xarici işlər naziri deyib: Cənubi Qafqazda siyasi dialoq yolu ilə tam sülhün bərqərar olması mümkündür.

İran İslam Respublikasının Radio və Televiziya Xəbər Agentliyinin məlumatına görə; İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian kiberməkanda şəxsi səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə son görüşünə toxunaraq  yazıb: Bu görüşdə Qarabağ regionunda son hadisələr, ikitərəfli münasibətlərin vəziyyəti və əməkdaşlıq ideyaları ətrafında fikir mübadiləsi aparıldı.

İranın xarici işlər naziri vurğulayıb: Siyasi dialoqla Cənubi Qafqazda tam sülhün bərqərar olması mümkündür.

Qeyd edək Ötən gün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Azərbaycanlı həmkarı Ceyhun Bayramov  ilə görüşüb.