İran 120 ölkəni Qurani-Kərimin beynəlxalq müsabiqəsində iştiraka dəvət edib
(last modified Wed, 27 Sep 2023 07:31:21 GMT )
Sen 27, 2023 11:31 Asia/Baku
  • İran 120 ölkəni Qurani-Kərimin beynəlxalq müsabiqəsində iştiraka dəvət edib

Vəqf və Xeyriyyə İşləri Təşkilatının Quran Məsələləri Mərkəzinin rəhbəri deyib: 120 ölkə Qurani-Kərimin beynəlxalq yarışlarında iştirak etmək üçün dəvət olunub.

İranın Vəqf və Xeyriyyə İşləri Təşkilatının Quran Məsələləri Mərkəzinin rəhbəri Həmid Məcidi Mehr milli Quran yarışlarında 58 mindən çox insanın qeydiyyatdan keçdiyini açıqlayıb və deyib:40-cı Beynəlxalq Quran Müsabiqəsinin dəvəti 5 qitənin 120 ölkəsinə göndərilib və indiyədək 70 ölkə bu müsabiqədə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Məcidi Mehr əlavə edib: Misirli qiraətçilərin İranda olması gündəmdədir və Quran hafizi olan iranlı müşavirin Qahirədə olması qarşılıqlı əlaqələrə kömək edəcək .

Vəqf və Xeyriyyə Təşkilatının Quran Məsələləri Mərkəzinin rəhbəri həmçinin deyib:  Tanzaniya və Cənub-Şərqi Asiyadan olan Quran qariləri də İrana dəvət olunacaqlar.

Məcidi Mehr həmçinin deyib: Xaricdən olan qari qadınların da iştirakı üçün proqramlarımız var, çünki İslam dünyasının qadınları Quran proqramlarında elit iranlı qadınların iştirakından faydalanmağa can atırlar.