Rəisi: Araz keçidinin tikintisini sürətləndirmək lazımdır
https://parstoday.ir/azeri/news/iran-i2518-rəisi_araz_keçidinin_tikintisini_sürətləndirmək_lazımdır
İran İslam Respublikasının prezidenti İrandan keçməklə Naxçıvanla bağlantı yaradacaq keçidin tikintisinin sürətləndirilməsinə təkid edib.
(last modified 2023-10-11T05:48:40+00:00 )
Okt 09, 2023 09:04 Asia/Baku
  • Rəisi: Araz keçidinin tikintisini sürətləndirmək lazımdır

İran İslam Respublikasının prezidenti İrandan keçməklə Naxçıvanla bağlantı yaradacaq keçidin tikintisinin sürətləndirilməsinə təkid edib.

 

Seyid İbrahim Rəisi hökumətin iclasında İran-Azərbaycan sərhədindəki layihənin tikintisinin sürətləndirilməsininin vacibliyinə toxunaraq deyib:  vurğulayıb: “Bu layihənin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında mübadilə, iqtisadi və ticarət əlaqələrinin səviyyəsini artıracaq”.

Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Sonra avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.