İran Fələstin xalqının ağrı-acılarını azaltmaq üçün diplomatik addımlar atır
Okt 11, 2023 17:01 Asia/Baku
Əmir-Abdullahiyan xarici həmkarları ilə məsləhətləşmələr aparır
İran İslam Respublikasının XİN başçısı Rusiya, Misir və Küveytdən olan həmkarları ilə Qəzzə zolağındakı vəziyyəti müzakirə edib.
Hüseyn Əmir-Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrov, eləcə də Misir və Küveytdən olan həmkarları - Sameh Şükri və Şeyx Salim Abdullah əl-Cabir əs-Sabah ilə Fələstində baş verən hadisələrlə bağlı məsləhətləşmələr aparıb.
İranlı nazir bildirib ki, ölkəsi BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə razılaşdırılmış şəkildə Qəzzə zolağına su və ərzaq da daxil olmaqla təcili tibbi və humanitar yardım göndərməyə hazırdır.
Teqlər