İran Fələstin xalqının ağrı-acılarını azaltmaq üçün diplomatik addımlar atır
https://parstoday.ir/azeri/news/iran-i2566-İran_fələstin_xalqının_ağrı_acılarını_azaltmaq_üçün_diplomatik_addımlar_atır
Əmir-Abdullahiyan xarici həmkarları ilə məsləhətləşmələr aparır
(last modified 2023-10-12T04:03:51+00:00 )
Okt 11, 2023 17:01 Asia/Baku
  • İran Fələstin xalqının ağrı-acılarını azaltmaq üçün diplomatik addımlar atır

Əmir-Abdullahiyan xarici həmkarları ilə məsləhətləşmələr aparır

 

İran İslam Respublikasının XİN başçısı Rusiya, Misir və Küveytdən olan həmkarları ilə Qəzzə zolağındakı vəziyyəti müzakirə edib.

Hüseyn Əmir-Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrov, eləcə də Misir və Küveytdən olan həmkarları - Sameh Şükri və Şeyx Salim Abdullah əl-Cabir əs-Sabah ilə Fələstində baş verən hadisələrlə bağlı məsləhətləşmələr aparıb.

İranlı nazir bildirib ki, ölkəsi BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə razılaşdırılmış şəkildə Qəzzə zolağına su və ərzaq da daxil olmaqla təcili tibbi və humanitar yardım göndərməyə hazırdır.