Məşhəddə İmam Rzanın (ə) mövludu qeyd edilir
May 31, 2023 06:15 Asia/Baku
İmam Rzanın (ə) mövludunun ildönümünə təsadüf edən şiələrin 8-ci imamının müqəddəs hərəmi zəvvarları qəbul edir və eyni zamanda Məşhəddə “İmam Rzanı” sevənlərin böyük bayramı keçirilib.
İranpress xəbər agentliyinin verdiyi məlumata görə, İmam Rzanın (ə) hərəminə gedən küçələr bəzədilib və işıqlandırılıb, şiələrin 8-ci imamının mövludu günü münasibətilə Məşhəd nurlanıb .
Böyük aşiqlər bayramı ilə yanaşı, Məşhəddə İmam Rzanın (ə) müqəddəs hərəmi İranın müxtəlif bölgələrindən gələn zəvvarlarla doludur.
Zəvvarlar çərşənbə axşamı gecəsi İmam Rzanın (ə) hərəmində geniş şəkildə toplaşıb, namaz qılıb, ziyarət ediblər.
Teqlər