Rəisi Qafqaz Əməkdaşlıq Qrupunun imkanlarından istifadəyə təkid edib
Qafqaz regionunda həllolunmaz bir məsələ yoxdur. Bunu, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Qafqaz Əməkdaşlıq Qrupunun iclasında iştirak etmək üçün Tehrana səfər etmiş Türkiyə xarici işlər naziri Hakan Fidanla dünən gecə keçirdiyi görüşdə bildirib.
Görüşdə mövcud problemlərin aradan qaldırılması sahəsində Qafqaz Əməkdaşlıq Qrupunun imkanlarından istifadəyə təkid edən İran prezidenti region ölkələri arasında yaradılmış inteqrasiya və həmrəyliyi mövcud məsələ və problemlərin həllində təsirli adlandırıb.
Biz Qafqaz bölgəsi ölkələri arasında danışıqların/ problemlərin həllinə zəmin yaradacağına inandığımız qədər,/ əcnəbilərin müdaxilələrinin/ məsələlərin daha da mürəkkəbləşməsi və region problemlərinin kəskinləşməsinə bais olacağı qənaətindəyik.