Rəisi Qafqaz Əməkdaşlıq Qrupunun imkanlarından istifadəyə təkid edib
https://parstoday.ir/azeri/news/iran-i2760-rəisi_qafqaz_Əməkdaşlıq_qrupunun_imkanlarından_istifadəyə_təkid_edib
Qafqaz regionunda həllolunmaz bir məsələ yoxdur. Bunu, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Qafqaz Əməkdaşlıq Qrupunun iclasında iştirak etmək üçün Tehrana səfər etmiş Türkiyə xarici işlər naziri Hakan Fidanla dünən gecə keçirdiyi görüşdə bildirib.
(last modified 2026-08-01T08:46:57+00:00 )
Okt 24, 2023 09:55 Asia/Baku
  •     Rəisi Qafqaz Əməkdaşlıq Qrupunun imkanlarından istifadəyə təkid edib

Qafqaz regionunda həllolunmaz bir məsələ yoxdur. Bunu, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Qafqaz Əməkdaşlıq Qrupunun iclasında iştirak etmək üçün Tehrana səfər etmiş Türkiyə xarici işlər naziri Hakan Fidanla dünən gecə keçirdiyi görüşdə bildirib.

 

Görüşdə mövcud problemlərin aradan qaldırılması sahəsində Qafqaz Əməkdaşlıq Qrupunun imkanlarından istifadəyə təkid edən İran prezidenti region ölkələri arasında yaradılmış inteqrasiya və həmrəyliyi mövcud məsələ və problemlərin həllində təsirli adlandırıb.

Biz Qafqaz bölgəsi ölkələri arasında danışıqların/ problemlərin həllinə zəmin yaradacağına inandığımız qədər,/ əcnəbilərin müdaxilələrinin/ məsələlərin daha da mürəkkəbləşməsi və region problemlərinin kəskinləşməsinə bais olacağı qənaətindəyik.