İranın vitse-prezidenti Qırğızıstandan Tehrana qayıdıb
https://parstoday.ir/azeri/news/iran-i2814-İranın_vitse_prezidenti_qırğızıstandan_tehrana_qayıdıb
İran İslam Respublikası prezidentinin birinci müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirlərinin iclasında: Sionist rejim Qəzzanın günahsız xalqına qarşı son qeyri-insani hərəkətləri ilə öz pis mahiyyətini və mənfur məqsədlərini dünyaya açıq şəkildə nümayiş etdirdi.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Okt 27, 2023 05:17 Asia/Baku
  • İranın vitse-prezidenti Qırğızıstandan Tehrana qayıdıb

İran İslam Respublikası prezidentinin birinci müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirlərinin iclasında: Sionist rejim Qəzzanın günahsız xalqına qarşı son qeyri-insani hərəkətləri ilə öz pis mahiyyətini və mənfur məqsədlərini dünyaya açıq şəkildə nümayiş etdirdi.

İran İslam Respublikası prezidentinin birinci müavini Məhəmməd Müxbir Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Baş nazirlər Şurasının 22-ci iclasında iştirak etmək üçün iki günlük səfərini başa vurduqdan sonra ötən gün Tehranın Mehrabad hava limanına gəlib.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirləri və rəsmilərinin iştirak etdiyi bu görüşdə müxtəlif məsələlər, o cümlədən iqtisadi-ticarət və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

İranın vitse-prezidenti Məhəmməd Müxbir bu sammitdəki çıxışında sionist rejimin Qəzzada törətdiyi cinayətlərə toxunaraq deyib: Bu zirvə toplantı elə bir şəraitdə keçirilir ki, müdafiəsiz və məzlum Qəzza əhalisi su və yeməksiz, qəsbkar rejimin ən amansız hücumları altındadır.

Sionist rejimin məzlum Qəzza xalqına qarşı son qeyri-insani hərəkətləri ilə öz pis mahiyyətini və mənfur məqsədlərini dünyaya açıq şəkildə nümayiş etdirdiyini bildirən İran İslam Respublikası prezidentinin birinci müavini deyib : Bu rejim döyüş meydanında məğlubiyyətinin qisasını Qəzzanın dinc sakinlərindən alır və həyasız bir hərəkətlə Qəzzaya su, qida, yanacaq, elektrik və dərman vasitələrinin girişini əngəlləyib.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirlərinin iclası cümə axşamı səhər bu təşkilata üzv ölkələrin rəsmilərinin iştirakı ilə keçirilib.