Əmir Abdullahiyan Qətər əmiri ilə görüşdü
Okt 31, 2023 10:00 Asia/Baku
Ölkəmizin Xarici İşlər naziri Əmirlik Divanında Qətər Əmiri ilə görüşüb.
İRNA-nın xarici siyasət sahəsi üzrə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərə səfəri zamanı bu ölkənin Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb və müzakirə aparıb.
Oktyabrın 31-də çərşənbə axşamı Dohaya səfər etmiş ölkəmizin Xarici İşlər naziri bu görüşdə Fələstində baş verənləri müzakirə edib.
Teqlər