İran sionist rejimin Cəbəliya düşərgəsinə hücumunu qətiyyətlə pisləyib
https://parstoday.ir/azeri/news/iran-i2914-İran_sionist_rejimin_cəbəliya_düşərgəsinə_hücumunu_qətiyyətlə_pisləyib
Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzza zolağındakı Cəbəliya qaçqın düşərgəsinə qarşı vəhşicəsinə hücumunu, yüzlərlə şəhid və yaralının ölümünə səbəb olan hücumunu qəti şəkildə pisləyib.
(last modified 2023-11-02T03:40:33+00:00 )
Noy 01, 2023 11:09 Asia/Baku
  • İran sionist rejimin Cəbəliya düşərgəsinə hücumunu qətiyyətlə pisləyib

Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzza zolağındakı Cəbəliya qaçqın düşərgəsinə qarşı vəhşicəsinə hücumunu, yüzlərlə şəhid və yaralının ölümünə səbəb olan hücumunu qəti şəkildə pisləyib.

 

İRNA-nın məlumatına görə, Nasir Kənani çərşənbə axşamı gecə deyib: Bu hərəkət sionist rejimin törətdiyi hərbi cinayətlərin uzun siyahısına daha bir ləkə əlavə etdi.

O, beynəlxalq ictimaiyyətdən, xüsusilə də BMT və bu təşkilatın Təhlükəsizlik Şurasından irqçi sionist rejimin qətl maşınının dayandırılmasında öz beynəlxalq məsuliyyətlərini dərhal yerinə yetirmələrini istəyib.