İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
İran İslam Respublikası və Türkiyənin xarici işlər nazirləri telefon danışığında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar.
İsna xəbər agentliyinin cümə axşamı verdiyi məlumata görə; İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezident seçkilərində yenidən prezident seçildiyini təbrik edərkən , əməkdaşlığın iki ölkə prezidentlərinin iradəsi və tələbi əsasında yeni dövlətdə əvvəlkindən daha çox davam edəcəyinə ümid etdiyini bildirib.
İran İslam Respublikasının xarici işlər naziri həmdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını əhəmiyyətli adlandırıb .
Telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da İran və Türkiyə arasında regional məsələlərdə ikitərəfli əməkdaşlığı vurğulayıb.