Əmir Abdullahyan Keyptauna daxil olub
https://parstoday.ir/azeri/news/iran-i294-Əmir_abdullahyan_keyptauna_daxil_olub
BRICS-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün (cümə axşamı) Keyptaun hava limanına daxil olub.
(last modified 2023-08-27T04:58:52+00:00 )
İyun 01, 2023 12:19 Asia/Baku
  • Əmir Abdullahyan Keyptauna daxil olub

BRICS-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün (cümə axşamı) Keyptaun hava limanına daxil olub.

İRNA-nın məlumatına görə, BRICS xarici işlər nazirlərinin görüşü iyunun 1-də Cənubi Afrikanın Keyptaun şəhərində baş tutacaq.

Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor İranın xarici işlər naziri Hüseyn Əmirabdollahyanı görüşdə iştiraka dəvət edib.

BRICS qrupuna dünyanın inkişaf etməkdə olan iqtisadi ölkələri daxildir: dünya əhalisinin təxminən yarısını təşkil edən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası. Bu ölkələr dünya ərazisinin 30%-ni tutur və dünya sərmayələrinin dörddə biri bu ölkələrə cəlb olunur.

Cənubi Afrika Respublikasının Keyptaun  şəhərində keçiriləcək BRICS xarici işlər nazirlərinin görüşü İranın bu iqtisadi ittifaqa üzvlüklə bağlı vizyonunu və planlarını müəyyən etmək, habelə İran İslam Respublikasının üzvlüyünü asanlaşdırmaq üçün  qrupun üzvləri ilə məsləhətləşmələr aparmaq üçün yaxşı fürsətdir.