BRICS üzvləri İranın üzvlüyünü alqışlayırlar
https://parstoday.ir/azeri/news/iran-i296-brics_üzvləri_İranın_üzvlüyünü_alqışlayırlar
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan deyib. “BRICS-in əsas üzvləri İranın geosiyasi mövqeyini və imkanlarını nəzərə alaraq ölkəmizin bu qrupa üzv olmasını alqışladılar”.
(last modified 2023-08-27T04:58:52+00:00 )
İyun 03, 2023 04:45 Asia/Baku
  • BRICS üzvləri İranın üzvlüyünü alqışlayırlar

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan deyib. “BRICS-in əsas üzvləri İranın geosiyasi mövqeyini və imkanlarını nəzərə alaraq ölkəmizin bu qrupa üzv olmasını alqışladılar”.

Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın daxil olduğu BRICS qrupunun xarici işlər nazirləri və bu qrupun dost ölkələri, o cümlədən İran İslam Respublikası cümə günü Cənubi Afrikanın Keyptaun şəhərində bir araya gəlib  regional və qlobal problemlər, çoxtərəfliliyin qorunması, davamlı inkişaf, birtərəfli beynəlxalq sanksiyaların iqtisadi təsirləri, terrorizmlə mübarizə kimi məsələləri müzakirə ediblər.

BRICS -ə üzv ölkələr arasında ortaq valyutanın istifadəsi və yeni üzvlərin qəbulu BRICS dostlarının görüşündə müzakirə edilən digər mövzular arasında olub.

Cümə günü jurnalistlərlə keçirdiyi brifinqdə Hüseyn Əmir-Abdullahiyan görüşün İranın BRICS Dostlar Sammitində iştirakının və bu qrupun üzvləri ilə məsləhətləşmələrin əldə etdiyi nailiyyətləri izah edərək dedi : İranın üzvlük üçün ilkin addımların müzakirəsinin başlanğıcı olan bu görüşdə İran öz mövqelərini təqdim edib”.

Əmir-Abdullahiyan əlavə edib: “Görüşdə iştirak edən Rusiya, Braziliya, Hindistan və Cənubi Afrikanın xarici işlər nazirləri ilə İranın üzvlüyü və yeni formalaşmış mexanizmlə bağlı məsələləri müzakirə etdim. Ümumilikdə beş ölkə İranın üzvlüyünü alqışlayıb”.

İranın xarici işlər nazirinin sözlərinə görə İkitərəfli əlaqələrlə yanaşı, əsas BRICS üzvləri İranla yeni BRICS və ya ŞƏT çərçivəsində daha güclü iqtisadi və ticarət əlaqələrində maraqlıdırlar”.

 

BRICS -ə üzv ölkələr Rusiya, Çin, Braziliya, Cənubi Afrika Respublikası və Hindistandır. Bu iqtisadi qrupa daxil olmaq niyyətində olan ölkələr arasında İran və Səudiyyə Ərəbistanı da var.

BRICS üzvü olan ölkələr dünya əhalisinin 40%-dən çoxunu və dünya ümumi daxili məhsulunun demək olar ki, dörddə birinə malikdir.