Prezident Rəisi Tehrandan Ər-Riyada yola düşüb
İran İslam Respublikasının prezidenti şənbə günü səhər Ər-Riyadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısında iştirak etmək üçün Tehrandan Səudiyyə Ərəbistanına yola düşüb.
Prezident Rəisini hava limanında birinci müavini Məhəmməd Müxbir və İslam İnqilabı Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Höccətül-İslam Möhsün Qomi yola salıblar.
Sionist rejimin Qəzzənin günahsız və müdafiəsiz xalqına qarşı başlatdığı vəhşi və cinayətkar hücumları fonunda, İran prezidenti bir sıra diplomatk addımlar vasitəsilə və İslam ölkələrinin liderləri ilə telefon danışıqları və üzbəüz görüşlər zamanı İslam Əməkdaşlıq Təşkilatı liderlərinin fövqəladə sammitinin keçirilməsini izləyirdi ki, onun diplomatik səyləri sayəsində bu iclas bu gün Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Ər-Riyadda keçiriləcək.
İran İslam Respublikası prezidenti Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) on altıncı sammitinin kənarında həmçinin İslam ölkələrinin sionistlərin cinayətlərinin dayandırılması üçün təzyiq göstərməsinin vacibliyini qeyd edib və çəkindirici vasitə kimi İslam ölkələri ilə sionist rejim arasında siyasi və iqtisadi əlaqələrin kəsilməsinə dair İslam İnqilabının Aliməqamlı Rəhbərinin təklif etdiyi həll yolunun həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.