İslami ölkələrin sammitinin yekun qətnaməsi güclü və möhkəmdir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyibdir ki: İran İslam Respublikasının təklifləri islami ölkələrin Ərəbistanda keçirilən sammitinin yekun qətnaməsində dərc edilib və bu qətnamənin tonu və ondakı ifadələr güclü və möhkəmdir.
Ərriyad sammiti qətnaməsinin bəndlərini sadalayn Nasir Kənani-Çafi söyləyib: Bütün dövlətlərdən sionist rejimə silah ixracını dayandırmalarının tələb edilməsi, BMT Təhlükəsizlik Şurasının döyüşlərin dayandırılması barədə dərhal qərara gəlməsi, xəstəxanaların dağıdılmasının qarşısının alınması, dərman, qida və yanacağın Qəzzəyə girişinə qoyulan qadağanın götürülməsi, bu bölgənin blokadasının aradan qaldırılması, həmçinin ərəb, islami və beynəlxalq humanitar karvanların Qəzzəyə girişi Ərriyad sammitinin yekun bəyanatında dərc olunmuş istiqamətlərdəndir.