Qarşıdakı 6 ayda İran-Rusiya-Azərbaycan elektrik enerjisi mübadiləsinə səy göstərilir
https://parstoday.ir/azeri/news/iran-i3098-qarşıdakı_6_ayda_İran_rusiya_azərbaycan_elektrik_enerjisi_mübadiləsinə_səy_göstərilir
Qarşıdakı altı ay ərzində İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin başlanacağına ümid edirik. Bunu, İranın energetika naziri bildirib.
(last modified 2023-11-17T04:52:32+00:00 )
Noy 14, 2023 17:11 Asia/Baku
  • Qarşıdakı 6 ayda İran-Rusiya-Azərbaycan elektrik enerjisi mübadiləsinə səy göstərilir

Qarşıdakı altı ay ərzində İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin başlanacağına ümid edirik. Bunu, İranın energetika naziri bildirib.

 

Əli-Əkbər Mehrabiyan deyib: Bu, çox iqtisadi bir layihədir, çünki İran və Rusiyanın elektrik istehlaklarının pik həddi bir-birilərindən tamamilə fərqlənir. Başqa sözlə, Rusiyanın maksimum istehlaka malik olduğu zamanlar İran minimum istehlaka malik olur və bunun əksi də özünü təsdiq edir.

O, əlavə edib: Araşdırmalar həyata keçirilib və icra baxımından daha asan görünən və şəbəkə genişləndirməsinə ehtiyac duymayan marşrut, Azərbaycan marşrutudur.