Tehranla Bakı arasında Ağbənd körpüsü ilə bağlı razılaşma Azərbaycanın İrana etimadının göstəricisidir
https://parstoday.ir/azeri/news/iran-i3126-tehranla_bakı_arasında_ağbənd_körpüsü_ilə_bağlı_razılaşma_azərbaycanın_İrana_etimadının_göstəricisidir
 Ölkəmizin Azərbaycan Respublikasındakı səfiri deyib: “Bu yaxınlarda Tehran və Bakı arasında Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və ölkəmizin ərazisi vasitəsilə Azərbaycan Respublikasının ərazisinə birləşdirilməsinə dair razılaşma Azərbaycan hökumətinin və xalqının İrana olan etimadının göstəricisidir.”
(last modified 2023-11-19T03:00:58+00:00 )
Noy 17, 2023 08:34 Asia/Baku
  • Tehranla Bakı arasında Ağbənd körpüsü ilə bağlı razılaşma Azərbaycanın İrana etimadının göstəricisidir

 Ölkəmizin Azərbaycan Respublikasındakı səfiri deyib: “Bu yaxınlarda Tehran və Bakı arasında Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və ölkəmizin ərazisi vasitəsilə Azərbaycan Respublikasının ərazisinə birləşdirilməsinə dair razılaşma Azərbaycan hökumətinin və xalqının İrana olan etimadının göstəricisidir.”

 

İRNA-nın məlumatına görə, Seyid Abbas Musəvi cümə axşamı Şərqi Azərbaycan valisi ilə görüşdə əlavə edib: “İki ölkə prezidentlərinin son görüşü və tutduğu mövqe də iki qonşu dövlət arasında münasibətlərin dərinləşməsi istiqamətində yaxşı addım hesab olunur.”

Şərqi Azərbaycan valisi deyib: “Biz iki ölkə prezidentinin iştirakı ilə “Xudafərin” və “Qızqalası” su bəndlərini İran və Azərbaycan arasında dostluq bəndləri kimi açmağa çalışırıq.”