İmam Xomeyni(r.ə.) tarixin liderlərindən biridir
İslam İnqilabının Böyük Rəhbəri/ İmam Xomeyni(r.ə)-i tarixin liderlərindən biri adlandırıb və vurğulayıblar ki: Liderləri aradan götürmək və təhrif etmək olmaz.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər Həzrət İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında o həzrətin vəfatının otuz dördüncü ildönümü mərasimində və əhalinin şövqlü toplantısında deyiblər: Rəhmətlik İmam barədə bir neçə gün təhrif verilə bilər, amma bu günəş buludun arxasında qalmayacaq.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İmam Xomeyni(r.ə.) ölkə, İslam Ümməti və dünya səviyyələrində üç böyük və misilsiz dəyişiklik yaratdı ki, bəlkə gələcəkdə də bir daha baş verəcəyini proqnoz etmək olmaz.
İmam Xomeyni(r.ə.) padşahlıq siyasi quruluşunu darmadağın edib, demokratiyanı onun yerinə gətirdi- deyən İnqilab Rəhbəri vurğulayıblar: İmam Xomeyni(r.ə.) qeyri-islami bir quruluşu meydandan çıxardı, istibdadı azadlığa,/ mahiyyətsizliyi özünəinama, əcnəbiyə göz dikməyi isə “biz bacarararıq”a çevirdi.
Ölkənin yeni nəsilləri İmamla daha çox tanışlığa ehtiyac duyurlar- deyə, Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər.
İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının digər bir hissəsində deyiblər: Fələstin məsələsinin unudulması qərara alınmışdı ki, rəhmətlik İmamın hərəkəti ilə İslam Dünyasının birinci məsələsinə çevrildi.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İmam Xomeyni(r.ə.) Fələstinin vücuduna yeni ruh verdi və bu gün Qüds günü təkcə islami ölkələrdə deyil, həm də qeyri-islami ölkələrdə də əziz sayılır.
İmam Xomeyni(r.ə.) dünya səviyyəsində mənəviyyata diqqəti hətta qeyri-islami ölkələrdə oyatdı- deyən İnqilab Rəhbəri bildiriblər ki, dünyada mənəviyyat bəzi güclərin tapdaqları altında idi və İmamın hərəkəti mənəviyyatı dünyada dirçəltdi.
İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Amma bu dəyişiklik həmin güclərin reaksiyaları ilə üzləşib və bu güclər mənəviyyatın bərpası ilə mübarizə üçün hər bir işə əl atırlar.
İmam Xomeyni(r.ə.) bu böyük işləri hansı hansı aparat və proqram təminatı hesabına gördü? -deyə, İnqilab Rəhbəri sual edib və cavabında bildiriblər ki: İmamın köməkedici proqram təminatı amili yox idi; nə pulu, nə xəbər agentliyi var idi, nə də ki, dünya qüdrətləri ona himayə edirdilər.
İmam Xomeyni(r.ə)-in güclü imanına işarə edən İnqilab Rəhbəri söyləyiblər: Özü iman simvolu olan şəhid Mütəhərri Parisdə İmamla görüşərkən İmam Xomeyninin varlığında hədəfə iman, yola iman, xalqa və möminlərə iman və Allaha imana şamil olan dörd imanı görmüşdü.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Allaha imana obyektiv məsələlərdə və dünya imperializmi ilə mübarizədə diqqət yetirərkən, bu iman, Allahın vədələrinə iman və ilahi vədəyə etimad deməkdir ki, İmamın bu yoldakı möhkəm addımını hərəkətə gətirir.
İmamın İslama imanı, nə kapitalist İslamına iman, nə də ki, hər yerdən xəbərsiz ziyalı İslamına imandır.
Dünyanın zorakılıq və zalımlıq cəbhəsi, düşmən cəbhəsi dəyişməyəcək- deyən İnqilab Rəhbəri bildiriblər ki, onlar İran qarşısında sıraya düzlüblər.
Təhlükəli bir dərə kimi bizim hərəkətimiz qarşısında dura biləcək amil, düşmənlərin cəbhə yaratmalarını unutmaqdır- deyə, Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar.
İmperializmin İran xalqı ilə düşmənçiliyi mövqe geriçəkilməsilə aradan qalxmayacaq- deyən İnqilab Rəhbəri söyləyiblər: Bir çox hallarda bizim geriyə çəkilmələrimiz onların irəliyə keçmələri və daha çox etiraz etmələrinə səbəb oldu.
Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Düşmənlər indiyədək səylər göstəriblər, amma əksər səylərində uğursuz qalıblar..
O həzrət əlavə ediblər: Düşmənin bu günədək göstəridiyi sonuncu cəhd, ötən payızdakı iğtişaşlar idi. Ötən payız iğtişaşları planı Qərb ölkələrinin beyin mərkəzlərində işlənib hazırlanmışdı.
Maliyyə, vəsaitayırma və media dəstəklərini Qərb xəfiyyə aparatları, bu hərəkətin kuryerliyini isə Vətənə üz döndərmiş ünsürlər həyata keçirdilər- deyən İnqilab Rəhbəri belə qeyd ediblər: Axmaqlar yenə də yanıldılar və İran xalqı onların çağırışlarına etinasızlıq göstərdi. İmanlı gənclər, tələbə bəsic qüvvələri, xalq kütlələrinin bəsic qüvvələri və xalqın özü düşmənin planını puça çıxardılar.
Milli istiqlaliyyət, həmçinin milli izzət və mənafenin qorunması iman və ümidlə həyata keçir- deyən Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Ölkə problemlərinin həlli, həmçinin qarşıda duran yeni dünya nizamında İranın izzətli yerinin ardınca olan hər bir kəs ölkədə iman və ümidin yayılması üçün səy göstərməlidir.
Düşmənin hədəfi, elə bu iman və ümiddir- deyə, İnqilab Rəhbəri xatırladıblar.
O həzrət qeyd ediblər ki: Düşmənlərin səyləri imanı zəiflətməyə və ürəklərdəki ümid alovunu söndürməyə yönəlibdir.