Aran Radiosu matəm içində - Radionun rəhbəri dünyasını dəyişdi
https://parstoday.ir/azeri/news/iran-i3218-aran_radiosu_matəm_içində_radionun_rəhbəri_dünyasını_dəyişdi
Aran Radiosu Təəssüf ilə xəbər verir ki,bu gün Radiomuzun rəhbəri ağır xəstəlik nəticəsində dünyasını dəyişib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Noy 22, 2023 09:08 Asia/Baku
  • Aran Radiosu matəm içində - Radionun rəhbəri dünyasını dəyişdi

Aran Radiosu Təəssüf ilə xəbər verir ki,bu gün Radiomuzun rəhbəri ağır xəstəlik nəticəsində dünyasını dəyişib.

İran İslam Respublikasının radio və televiziyasının Peşəkar prodüseri “Məhəmməd Qazi Dehi”  Ərdəbilin Imam Xomeyni (rə) xəstəxanasında dünyasını dəyişib.

Rəhmətlik Qazi Dehi, Qafqaz məsələləri üzrə xüsüsi ilə Dini ədəbiyyat sahəsində tanınmış tədqiqatçılardan sayılır və bir neçə kitabın müəllifidir.

Məhəmməd Qazi Dehi, Aran Radiosunun yaradıcılarından olaraq Radionun  bu günə qədər uğurlu fəaliyyətinə rəhbərlik etmişdir.

Aran Radiosunun həmkarları qayğıkeş müdirinin vəfatı ilə bağlı onun ailəsinə başsağlığı verir.