İran sanksiya şəraitində belə beynəlxalq ticarətini davam etdirir
https://parstoday.ir/azeri/news/iran-i3260-İran_sanksiya_şəraitində_belə_beynəlxalq_ticarətini_davam_etdirir
Qeyri-neft ixracında 27% artım qeydə alınıb
(last modified 2023-11-27T05:07:46+00:00 )
Noy 26, 2023 16:06 Asia/Baku
  • İran sanksiya şəraitində belə beynəlxalq ticarətini davam etdirir

Qeyri-neft ixracında 27% artım qeydə alınıb

 

İran İslam Respublikasının qeyri-neft ixracında ciddi artım qeydə alınıb.

İqtisadiyyat Nazirliyinin açıqlamasına əsasən, bu ilin səkkiz ayında 32 milyard dollardan çox dəyərində 90 milyon ton qeyri-neft ixracı olub ki, ötən illə müqayisədə çəkidə 27 faiz, dəyər baxımından isə 1,6 faiz artımı göstərir.

Bildirilir ki, 1402-ci günəş ilinin səkkiz aylıq xarici ticarət statistikasına əsasən bu müddət ərzində ölkənin 32 milyard dollar dəyərində 90 milyon ton qeyri-neft ixracı olub.