15 xordad; İran millətinin böyük İslamı hərəkatının başlanğıc günüdür
Bu gün (bazar ertəsi), 1402-ci il xordad ayının 15-i (5 iyun 2023-cü il) İran İslam Respublikasının böyük banisi İmam Xomeyninin (r.ə) 1342-ci ildəki (1963) tarixi qiyamının ildönümünə təsadüf edir.
1342-ci il xordad ayının 15-ci gününün (1963-cü ilin iyun ayı) qiyamı İslam İnqilabı tarixində dönüş nöqtəsi və İran millətinin İslami hərəkatının başlanğıcıdır.
Pəhləvi rejiminin agentləri 1342-ci il xordad ayının 15-də İmam Xomeyninin (r.ə) Qum şəhərinin (Tehran əyalətinin cənubunda) Feyziyə məktəbində ifşaedici çıxışından sonra acı bir hadisə ilə İmamın bu müqəddəs şəhərdəki evinə hücum edərək o həzrəti həbs etdilər.
İmam Xomeyni (r.ə) Hüseyni Aşura günü Qumun Feyziyə məktəbində etdiyi qüdrətli çıxışında Pəhləvi rejiminin cinayətlərini və şahın İsrail rejimi ilə əlaqələrini açıqlayıb.
Bu etirazlar zamanı rejimin təhlükəsizlik aparatının repressiv qüvvələri, o cümlədən Qumdakı Feyziyə məktəbinə vəhşicəsinə hücum edib, çoxlu sayda insanı şəhid edib, yaralayıb və həbs etdilər.
Bu tarixi qiyam İslami hərəkatının Pəhləvi rejiminin avtoritar hakimiyyətinə qarşı qarşıdurmasının başlanğıcı oldu və İslam inqilabının fikri, siyasi və ictimai əsaslarının formalaşması üçün əlverişli şərait yaratdı.
İran İslam Respublikasının banisi həzrət İmam Xomeyni (r.ə) 1342-ci il xordad ayının 15-də şahın avtokratik rejiminə qarşı siyasi hərəkatı həssas mərhələyə gətirdi və on ildən artıq bir müddətdə , xaricə sürgün də daxil olmaqla, bir çox çətinliklərə dözüblər.
İmam Xomeyni (r.ə) islamı hərəkatı 1963-cü ildə başladı və 1979-cu ildə İran İslam İnqilabı qələbə qazandı . şübhəsiz ki 15 Xordad qiyamı, bu İslami hərəkatın qələbəsində danılmaz və parlaq rol oynadı.