Əmir-Abdullahiyan sionist rejimin Qəzzədəki cinayətlərinin durdurulması zərurətini vurğulayıb
https://parstoday.ir/azeri/news/iran-i3326-Əmir_abdullahiyan_sionist_rejimin_qəzzədəki_cinayətlərinin_durdurulması_zərurətini_vurğulayıb
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel arasında telefon danışığı baş tutub.
(last modified 2023-12-04T07:12:14+00:00 )
Dek 03, 2023 10:56 Asia/Baku
  • Əmir-Abdullahiyan sionist rejimin Qəzzədəki cinayətlərinin durdurulması zərurətini vurğulayıb

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel arasında telefon danışığı baş tutub.

 

Tərəflər bu söhbət zamanı son Qəzzə hadisələri, həmçinin İran İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı əməkdaşlıqlar ətrafında fikir mübadiləsi aparıblar.

Əmir-Abdullahiyan sözügedən telefon söhbətində bildiribdir ki: Sionist rejimin Qəzzə əhalisinə qarşı hərbi hücumlarının tez bir zamanda durdurulması və humanitar yardımların göndərilməsi imkanının yaradılması, zərurət daşıyır.

Sionist rejimin fələstinliləri öz diyarlarından zorla köçürmək üzrə plan və hərəkətləri barədə xəbərdarlıq edən İran diplomatiya aparatının başçısı vurğulayıb: Hazırkı vəziyyətin kökü, sionist rejimin işğalı və təcavüzkarlığından qaynaqlanır və bu rejimin Qəzzəyə və qərb sahilinə qarşı hərbi cinayətlərinin kəsilməyəcəyi təqdirdə, regionda müharibə miqyasının genişlənməsi imkanı var.

Amerikanın dəstək siyasətlərinin Qəzzədə mülkiləri qırması və hərbi təcavüzünü davam etdirməsi üçün sionist rejimi təşviq etdiyini bildirən Əmir-Abdullahiyan həmin siyasətlərin Qəzzədəki müharibənin davam etməsi və genişlənməsində mühüm amil adlandırıbdır.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi də bildiribdir ki, Qəzzə zolağında və qərb sahilindəki gərginliklərin tez bir zamanda durdurulması, zəruridir.

Avropa Birliyi İsraili beynəlxalq hüquq normalarına hörmət etməyə vadar etməyə çalışır- deyə, Cozep Borrel vurğulayıb.