İran-İraq hərbi əməkdaşlıqları genişlənir
https://parstoday.ir/azeri/news/iran-i3334-İran_İraq_hərbi_əməkdaşlıqları_genişlənir
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İraq müdafiə naziri ilə görüşüb və onunla hərbi əməkdaşlıqların genişləndirilməsi barədə söhbət edib.
(last modified 2023-12-04T06:18:50+00:00 )
Dek 03, 2023 15:17 Asia/Baku
  • İran-İraq hərbi əməkdaşlıqları genişlənir

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İraq müdafiə naziri ilə görüşüb və onunla hərbi əməkdaşlıqların genişləndirilməsi barədə söhbət edib.

 

General-mayor pasdar Məhəmməd Baqiri bu gün İraq müdafiə naziri Məhəmməd Sabit Səid Əl-Abbasi ilə görüşdə bildiribdir ki, İraq/ İran İslam Respublikasının xarici və müdafiə siyasətlərində yüksək prioritetə malikdir.

O, deyib: Dövlət, xalq və mərcəiyyətin mühüm regional və beynəlxalq mövzularla bağlı baxış və mövqeləri olduqca önəmlidir və onun bariz nümunəsini iki ölkənin Fələstin məsələsi və Qəzzə müharibəsindəki son dərəcə yaxın mövqelərində görmək olar.

 

İraq müdafiə naziri də öz növbəsində İranın müdafiə qabiliyyətlərinə toxunub: İran İslam Respublikasına səfərdə və onun müdafiə təchizatları və bacarıqlarını nəzərdən keçirdikdə, İranın müdafiə sənayesinin artmaqda olan inkişafının şahidi oldum.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan öncə İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb və qeyd edibdir ki: İran-İraq sərhədlərində birgə hərbi təlimlərin keçirilməsi, dayanıqlı təhlükəsizliyin təmin edilməsinə gətirib çıxaracaq.