Beynəlxalq Əhli Beyt Universitetində Tələbə günü mərasimi keçirilib
(last modified Wed, 06 Dec 2023 15:13:21 GMT )
Dek 06, 2023 19:13 Asia/Baku
  • Beynəlxalq Əhli Beyt Universitetində Tələbə günü mərasimi keçirilib

İranda "Tələbə günü"nün gəlib çatması münasibətilə Beynəlxalq Əhli Beyt Universitetində xarici tələbələrin və qonaqların iştirakı ilə Tələbə günü mərasimi keçirilib.

Beynəlxalq Əhli-Beyt Universiteti bu gün müxtəlif ölkələrdən, o cümlədən Əfqanıstandan olan tələbələri qəbul edib. Beynəlxalq Əhli-Beyt Universitetində dünyanın 23 ölkəsindən tələbələr magistratura və doktorantura dərəcələrində təhsil alırlar. Bu universitetin əsas missiyası müxtəlif ölkələrdən olan elit Əhli-Beyt davamçılarının təhsili və yetişdirilməsidir və müxtəlif ölkələrdən tələbələri qəbul edən İranın azsaylı akademik universitetlərdən biridir. Elmi qiymətin, elmi diplomatiyanın, ölkənin beynəlxalq aləmdə elmi mövqeyinin araşdırılması bu mərasimin mövzularından biri olub. Bugünkü mərasim elm, tədqiqat və mədəniyyət sahəsində ən yaxşı tələbələrin mükafatlandırılması ilə başa çatıb.

Beynəlxalq Əhli-Beyt Universitetinin sədri Səid Cazari deyib: 

Hər bir ölkədə xarici tələbələrin olması dünyanın müxtəlif və çoxsaylı mədəniyyətləri ilə tanışlıq imkanı yaradır. Bizim müxtəlif qitələrdən olan tələbələri qəbul etmək potensialımız var. Bu da qarşılıqlı mədəni mübadilə üçün zəmin yarada bilər. Bu tələbələrin hər biri, İran mədəniyyətinin gələcək səfirləri kimi 5 min illik sivilizasiya ilə tanış olurlar ki, bu da bizim üçün ən mühüm nailiyyətdir, çünki onlar bu təcrübələri və mədəni dəyərləri öz ölkələrinə ötürəcəklər. 

M.M: Mən Sadiz Məhəmmədəmş Benin Respublikasından. Bu universitetə təqaüdlə gəlmişəm. Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıram. Məzun olduqdan sonra İranla ölkəm arasında səfir olmaq istəyirəm. Bu yolla iki ölkə arasında diplomatik əlaqələr qurmaq istəyirəm. Ölkəmizin ümumiyyətlə səfirliyi yoxdur.

M.Q: Mən Zəhra Xavəriyəm. Mən bu universitetə qəbul imtahanı ilə daxil olmuşam. biznes meneceri ixtisası üzrə təhsil alıram.

M.M: Mən bu universitetə təqaüdlə daxil olmuşam və məqsədim budur ki, bu ölkənin təcrübələrindən istifadə edəm və fərqli mədəniyyətlərə malik digər universitetlərdə təhsil alam.