"İran regionda və dünyada müxtəlif sahələrdə zirvələri fəth edib"
https://parstoday.ir/azeri/news/iran-i3394-İran_regionda_və_dünyada_müxtəlif_sahələrdə_zirvələri_fəth_edib
Tələbələrlə görüş keçirən prezident Seyid İbrahim Rəisi çıxışında deyib:
(last modified 2023-12-09T09:24:26+00:00 )
Dek 07, 2023 08:47 Asia/Baku

Tələbələrlə görüş keçirən prezident Seyid İbrahim Rəisi çıxışında deyib:

 

"Düşmən iki məqsəd güdürdü: Birincisi İranı dünyadan təcrid etmək idi. Baxın görün İranın hazırkı dünyada və regionda vəziyyət necədir. İslam Respublikası qonşu, müsəlman və müttəfiq ölkələrə qarşı həmrəylik göstərir və beynəlxalq forumlarda yaxından iştirak edir. Sizcə təcrid olunmuş düşməndir, yoxsa İran İslam Respublikası? Sözün əsl mənasında düşmən təcrid olub və İran regionda və dünyada müxtəlif siyasi, iqtisadi və sosial sahələrdə zirvələri fəth edib.Bir çox ölkələrin prezidentləri dəfələrlə İranı regionda super güc və müstəqil ölkə hesab etdiklərini etiraf ediblər. Onlar regional məsələləri İranla həll etmək niyyətində olduqlarını rəsmi şəkildə bəyan ediblər."