Rəisi ilə Putin arasında 5 saatlıq məsləhətləşmənin təfərrüatlarını Əmir-Abdullahian izah edib
https://parstoday.ir/azeri/news/iran-i3422-rəisi_ilə_putin_arasında_5_saatlıq_məsləhətləşmənin_təfərrüatlarını_Əmir_abdullahian_izah_edib
İran İslam Respublikasının xarici işlər naziri Moskvada İran və Rusiya prezidentlərinin 5 saatlıq müzakirə və söhbətinə toxunaraq deyib: Müzakirələrin mühüm bir hissəsi Fələstin məsələsinə yönəlib.
(last modified 2023-12-10T07:16:35+00:00 )
Dek 08, 2023 10:16 Asia/Baku
  • Rəisi ilə Putin arasında 5 saatlıq məsləhətləşmənin təfərrüatlarını Əmir-Abdullahian izah edib

İran İslam Respublikasının xarici işlər naziri Moskvada İran və Rusiya prezidentlərinin 5 saatlıq müzakirə və söhbətinə toxunaraq deyib: Müzakirələrin mühüm bir hissəsi Fələstin məsələsinə yönəlib.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Vladimir Putinin dəvəti ilə dünən Moskvaya bir günlük səfər edib.

İRNA-nın məlumatına görə; İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahian öz şəxsi səhifəsində İran İslam Respublikası prezidentinin (cümə axşamı) Moskvaya bir günlük səfəri ilə bağlı yazıb: Danışıqların mühüm hissəsi Fələstin məsələsi üzərində qurulub.

İran və Rusiya prezidentləri bu görüşdə Qəzza və İordan çayının qərb sahilində müharibə və soyqırımın dərhal dayandırılmasının, Qəzza sakinlərinin məcburi köçünün dayandırılmasının və bütün Qəzzaya kütləvi humanitar yardım göndərilməsi üçün dərhal Rəfah sərhədinin açılmasının vacibliyini vurğulayıblar.

Bu xüsusda İranın xarici işlər naziri vurğulayıb: Rusiya təşəbbüs ilə bağlı düşünür.

İranın diplomatik xidmətinin rəhbəri, Rəisi ilə Putin arasında müzakirə olunan digər mövzular barədə də yazıb: Prezidentlər ikitərəfli münasibətlərə, regional və beynəlxalq əməkdaşlığa diqqət yetiriblər.