İranın Baş Gömrük İdarəsinin yeni statistik məlumatı açıqlandı
Rizvanifər: İranın qonşu ölkələrlə ticarəti 11 faiz artıb
Dek 15, 2023 09:19 Asia/Baku
Martın 21-dən başlayan günəş ilinin ilk səkkiz ayında İranın 15 qonşu dövlətlə ticarət mübadiləsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,42 faiz artaraq 38 milyard dolları ötüb.
İranın Baş Gömrük İdarəsinin rəisi Məhəmməd Rizvanifər bu barədə bildirib ki, bu müddət ərzində İran və qonşuları arasında 63 milyon tondan çox məhsul mübadiləsi aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,21 faiz artım deməkdir.
Onun sözlərinə görə, ticarət mübadiləsi çərçivəsində İran qonşu dövlətlərə 18 milyard dollardan çox məhsul ixrac edib.
Teqlər