İran Xarici İşlər Naziri Cenevrə səfərindən qayidib
İran xarici işlər naziri beynəlxalq rəsmilərlə üç gün sıx məşvərət, bəzi həmkarları ilə görüş və Cenevrədə Ümümdünya Miqrantlar Assambleyasının iclasındakı çıxışdan sonra bu gün səhər saatlarında Tehranın Mehrabad hava limanına daxil olub.
Hüseyn Əmir-Abdullahiyan çərşənbə axşamı axşamçağı Cenevrəyə daxil olarkən “İşğal olunmuş Fələstin ərazilərində nsan hüquqlarının vəziyyəti, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə və beynəlxalq humanitar hüquqlar” adlı konfransda çıxış edib.
Əmir-Abdullahiyan elə həmin gecə Tunis və Livanın xarici işlər nazirləri Nəbil Əmmar və Abdullah Bu-Həbiblə görüşüb.
O, Cenevrə səfərinin davamında, çərşənbə günü, Ümümdünya Miqrantlar Assambleyasının iclasında çıxış etməzdən öncə Ərəbistan və İordaniyanın xarici işlər nazirləri Feysəl bin Fərhan və Əymən Əssəfdi, həmçinin Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə görüşüb.
Sonra Vatikanın baş naziri Pyetro Parolin, İndoneziyanın xarici işlər naziri Retno Marsudi, Livanın işlərin irəlilədilməsi hökumətinin baş naziri Nəcib Miqati, Küveytin xarici işlər naziri Salim Abdullah Əlcabir Əssabah İran xarici işlər naziri ilə görüşlərində/ onunla/ ikitərəfli və beynəlxalq məsələlər barədə məşvərət ediblər.
Əmir-Abdullahiyan dünən- səfərinin sonuncu günündə, BMT-nin mühacirlərin məsələləri üzrə ali komissarı Filippo Qrandi, İraq Kürdüstanı iqliminin daxili işlər naziri Rebar Əhməd Xalid və Burkina-Fasonun xarici işlər naziri Oliviya Rvamba ilə/ tərəfləri maraqlandıran mövzular barədə söhbət edib