Eyzenhauer gəmisi Fars körfəzini tərk edib
https://parstoday.ir/azeri/news/iran-i3530-eyzenhauer_gəmisi_fars_körfəzini_tərk_edib
ABŞ-ın Eyzenhauer təyyarədaşıyan gəmisi Fars Körfəzindən çıxıb
(last modified 2026-04-08T07:08:49+00:00 )
Dek 16, 2023 10:24 Asia/Baku
  • Eyzenhauer gəmisi Fars körfəzini tərk edib

ABŞ-ın Eyzenhauer təyyarədaşıyan gəmisi Fars Körfəzindən çıxıb

 

Sepah-ın dəniz qüvvələrinin komandanı bu qüvvələrin bölgədə Eyzenhauer təyyarədaşıyan gəmisinə ardıcıl nəzarətinə işarə ilə, bu gəminin Fars Körfəzi bölgəsindən çıxdığını bildirib.

Amerikanın Eyzenhauer təyyarədaşıyan gəmisinin Fars Körfəzi və Hörmüz boğazına girişi və çıxışına toxunan Sepah-ın dəniz qüvvələrinin komandanı admiral pasdar Əlirza Təngsiri deyib: Bu gəmi iyirmi gündən az bir vaxtda Fars Körfəzində iştirak etdi və bu müddət ərzində Sepah-ın dəniz qüvvələrinin kəşfiyyat nəzarəti altında idi.

Admiral Təngsiri əlavə edib: Bu gəminin iştirakı təbliğat xarakterlidir və onlar üçün heç bir əməliyyat xüsusiyyəti yoxdur, çünki Sepah-ın dəniz qüvvələri sayıqcasına hər gün və hər an bu gəminin suüstü və sualtı hərəkətlərinə nəzarət edirdilər.

Sepah-ın dəniz qüvvələrinin komandanı söyləyib: Bu eskadron Hörmüz boğazına girərkən və ordan çıxarkən Sepah-ın dəniz qüvvələrinin Hörmüz boğazı üzrə nəzarət mərkəzinin lazım bildiyi bütün sorğu-suallara cavab verdi və Sepah döyüşçülərinin nəzarət hərəkətlərinə tam şəkildə tabe oldu.

Admiral Təngsiri söyləyib: Amerikalıların gəmisinin regionun bugünkü şəraiti və vəziyyətindəki iştirakı, yalnız təbliğat xarakteri daşıyıb və onların bu bölgədə qəddarcasına iştirakları üçün süni tənəffüs rolunu oynayır.

Qeyd edək ki, CVN69 tipli amerikalı təyyarədaşıyan gəmisi CG58 tipli döyüş gəmisi və TA006 tipli himayə gəmisi ilə yanaşı, noyabrın 26-da Fars Körfəzinə daxil oldu və dekabrın 14-də Sepah-ın dəniz qüvvələrinin tam nəzarətilə Fars Körfəzi və Hörmüz boğazını tərk etdi