Şəhriyarın 30 illik sirdaşı Əli Nəzmi vəfat edib
https://parstoday.ir/azeri/news/iran-i3550-Şəhriyarın_30_illik_sirdaşı_Əli_nəzmi_vəfat_edib
Məşhur İran şairi Məhəmmədhüseyn Şəhyarın yaxın dostlarından olan şair Əli Nəzmi Təbrizi 96 yaşında dünyasını dəyişib.
(last modified 2023-12-18T04:20:32+00:00 )
Dek 17, 2023 15:07 Asia/Baku
  • Şəhriyarın 30 illik sirdaşı Əli Nəzmi vəfat edib

Məşhur İran şairi Məhəmmədhüseyn Şəhyarın yaxın dostlarından olan şair Əli Nəzmi Təbrizi 96 yaşında dünyasını dəyişib.

 

Nəzmi Təbrizi ləqəbli görkəmli ədib Əli Nəzmi 1927-ci ilin sentyabrın 24-də anadan olub və 2023-cü ilin dekabrın 16-da vəfat edib. Qeyd edək ki, onun atası Hüseyn paşa Təbrizdə məşrutə döyüşçülərindən və cəsur Müzəffərəddin şah Qacarın dəstəsindən olub. 16 yaşında şeir yazmağa başlayan Əli Nəzmi Mülküş- Şüəra Bahar, Məhəmməd Əmin Ədib Tusi və Abbas Qulu Xan Vaqayenin şagirdi olub.Bu böyük ədibin Şəhriyarla 30 ilə yaxın gözəl dostluğu olub. Onun yaradıcılığında "yeddi şəhər", " Əmin Sərabinin Divanının təzkirəsi”, "Eşq fəryadı", "Təzkirətüş- Şüəranən mənzum və nəsri”, “Niayiş və Sitayiş və başqa nəfis əsərlər yer alır.İranın Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadının baş direktoru Seyid Məhəmməd Hüseyn Bəlaği böyük incəsənət xadimi Əli Nəzmi Təbrizinin vəfatı ilə bağlı başsağlığı verib.