ABŞ-ın İsrailə dəstəyinin xərci artır
https://parstoday.ir/azeri/news/iran-i3572-abŞ_ın_İsrailə_dəstəyinin_xərci_artır
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani İsrail rejiminin ABŞ-ın qeyd-şərtsiz dəstəyi olmadan təcavüz etmək gücünə malik olmadığını bəyan edərək, Co Bayden administrasiyasına xəbərdarlıq edib.
(last modified 2023-12-19T05:12:50+00:00 )
Dek 18, 2023 16:11 Asia/Baku
  • ABŞ-ın İsrailə dəstəyinin xərci artır

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani İsrail rejiminin ABŞ-ın qeyd-şərtsiz dəstəyi olmadan təcavüz etmək gücünə malik olmadığını bəyan edərək, Co Bayden administrasiyasına xəbərdarlıq edib.

 

İranlı diplomat deyib ki, Qəzzə müharibəsi uzandıqca, Amerikaya bu dəstəyin xərci eksponent olaraq artır. Ya Amerika bu dəstəyi şərtləndirməli və məhdudlaşdırmalıdır, ya da İsrail rəhbərlərinin ambisiyasının qurbanına çevrilməlidir.

İran İslam Respublikasının BMT-dəki ən yüksək vəzifəli diplomatı Amerikanın “Newsweek” nəşri ilə söhbətində Co Bayden administrasiyasının İsrail rejimi kabinetinə dəstəyi ilə bağlı xəbərdarlıq edərək deyib: “İsrail Amerikanı ağır xərclərə salıb. Maddi, siyasi və hər şeydən əvvəl dünyanın ictimai rəyində mənəvi və etibar xərcləri”.