Əmir-Abdullahiyan qonşularla əlaqələrin inkişafının ciddi şəkildə davam etdirildiyini vurğulayıb
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan öz tvitində İranın çəkindirmə gücünü regionda sabit təhlükəsizlik və sülhün təminatı kimi qiymətləndirib və həmçinin qonşuları ilə dostluq və konstruktiv tərəfdaşlığın inkişaf etdirilməsinin ciddi şəkildə davam etdirilməsini vurğulayıb.
Hüseyn Əmir-Abdullahiyan çərşənbə axşamı bu tvitində yazıb: "Xarici əlaqələrdə şərəfli diplomatiyanın davam etdirilməsi, eyni zamanda hərbi və müdafiə qabiliyyətinin gücləndirilməsi əziz İran üçün parlaq gələcək vəd edir".
O əlavə edib: İranın çəkindirici gücü regionda sabit təhlükəsizlik və sülhün qarantıdır və qonşuları ilə dostluq və konstruktiv tərəfdaşlığın inkişafı ciddi şəkildə davam edəcək.
Qeyd edək Tehran-Ər-Riyad diplomatik əlaqələrinin genişlənməsinin davamında xəbər mənbələri çərşənbə axşamı günü İran İslam Respublikasının Ər-Riyaddakı səfirliyinin yenidən açıldığını elan ediblər.
İran İslam Respublikası və Səudiyyə Ərəbistanı martın 10-da Çinin vasitəçiliyi ilə 2016-cı ildən kəsilən ikitərəfli diplomatik münasibətləri yeddi ildən sonra bərpa etmək barədə razılığa gəliblər.
Sionist mediaları Tehranın Birləşmiş Ərəb Əmirlikləri və xüsusilə Ər-Riyad ilə yaxın münasibətlərindən sonra İsrailin İranla qarşıdurmada tək qaldığını elan edib.