Kənani: ABŞ rəsmiləri İrana qarşı əsassız ittihamlardan çəkinməlidirlər
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, çəkindirici gücümüzü gücləndirmək, hüquq və təhlükəsizliyimizi qorumaqdan çəkinmədiyimizi bildirərək, Amerika rəsmilərinə İran İslam Respublikasına qarşı əsassız ittihamlardan çəkinməyi tövsiyə edib.
İRNA xəbər agentliyinin məlumatına görə, Nasir Kənani ABŞ xarici işlər nazirinin AIPAC-ın (Amerika İsrail Siyasi Fəaliyyət Komitəsinin) illik toplantısındakı bəyanatlarına işarəilə deyib:
ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin sionist aparteid rejiminə geniş dəstəyinin davamında İran İslam Respublikasına qarşı əsassız açıqlamalar verib.
Kenani əlavə edib:İran İslam Respublikası həmişə vurğulayır ki, Fələstin xalqını dəstəkləmək məzlum və azadlıq hərəkatlarına dəstək verməklə uyğundur və öz müqəddəratını təyinetmə hüququnu dəstəkləmək, işğalı rədd etmək və aparteidlə mübarizə əsasındadır.
Kənani vurğulayıb: ABŞ-ın digər dövlətlərə qarşı güc tətbiq etmək hədəsi beynəlxalq hüquqa, xüsusən də BMT nizamnaməsinin müddəalarına ziddir və buna gorədə İran İslam Respublikası öz çəkindirici gücünü gücləndirməkdən, hüquq və təhlükəsizliyini qorumaqdan çəkinməyəcək.
Dövlət Departamentinin sözçüsü Amerika rəsmilərinə İran İslam Respublikasına qarşı saxta ittihamlar irəli sürməkdən çəkinməyi və İrana qarşı qanunsuz və uğursuz siyasətlərini davam etdirməyi yenidən nəzərdən keçirməyi tövsiyə edib.